Dünyaca tanınmış milyarder də koronavirusa yoluxub

Dünyaca tanınmış milyarder də koronavirusa yoluxub

Məşhur çex milyarder Daniel Kretinskidə koronavirus aşkarlanıb.

Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, biznesmenə martın 12-də virus diaqnozu qoyulub və o zamandan etibarən karantində saxlanılır.

Kretinski COVİD-19-a necə yoluxduğunu bilmədiyini və xəstəliyi yüngül keçirdiyini açıqlayıb.

Məlumata görə, milyarder koronavirusa yoluxduqdan sonra onun ünsiyyətdə olduğu 27 nəfərdən analiz götürülüb. Onların testlərinin nəticələri koronavirusun mövcudluğunu göstərməyib.

Qeyd edək ki, Daniel Kretinski 7,8 milyard dollar sərvətə sahibdir.

Gununsesi.org

COMMENTS