Nəsimi rayonunda avtomobil 34 yaşlı piyadanı vurub

  • By ilhame
  • 21 Yanvar 2024 09:11

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, Bakıxanov prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abbasov Əli Rəşid oğlunu vurub.

 

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info