Hindistan Myanma ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək

  • By ilhame
  • 21 Yanvar 2024 10:39

Hindistan Myanma ilə sərhəddə hasarlar çəkmək niyyətindədir.

 

Gununsesi.info xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Amit Şahın deyib.

 

Onun sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır.

 

Yeni Dehli həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər.

 

Nazir əlavə edib ki, həmin şəxslərə yaxın vaxtlarda qonşu ölkəyə daxil olmaq üçün viza da lazım olacaq.

 

Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.

 

Gununsesi.info