Azərbaycan atleti Çexiyada lisenziya xarakterli yarışda gümüş medal qazanıb

  • By ilhame
  • 21 Yanvar 2024 09:37

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

 

Gununsesi.info-nun məlumatına görə, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.

 

O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.

 

Gununsesi.info