“Nə qədər ki gec deyil, Əfqanıstandakı sülhməramlılarımızı ordan çıxaraq”

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın Əfqanıstanda səfirlik açmaq məsələsinə toxunub.

Gununsesi.info xəbər verir ki, deputat bunun çox riskli məsələ olduğunu vurğulayıb:

“Ancaq Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarı varsa, buna hörmətlə yanaşırıq”.

Deputat Azərbaycanın Əfqanıstanda 120 nəfərlik sülhməramlı kontingentinin olduğunu da qeyd edib:

“Bildiyimiz kimi, bir çox ölkələr hərbi qüvvələrini Əfqanıstandan çıxarır. Nə qədər ki gec deyil, biz oradakı kontingentimizi çıxarmalıyıq”.