
Cənab Prezident bu gün verdiyi fərmanla Xankəndi şəhəri ilə yanaşı Xocalı, Xocavənd rayonları da yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edib. Çünki Xankəndi də, Xocalı da, Xocavənd də Azərbacan Respublikasının ərazisidir.
Gununsesi.info xəbər verir ki,, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, təbii olaraq yeni yaradılan iqtisadi rayona biz bu rayonları daxil etmişik:
Elman Məmmədov qeyd edib ki, bizim ərazimizdə başqa cür yaşamaq mümkün olmayacaq.
O, həmçinin qeyd edib ki, artıq iqtisadi rayonların bölgüsü müəyyən olunub:
“İndi o müəyyən anlaşılmazlıqlara da təbii ki, yaxın vaxtlarda son qoyulacaq. Müəyyən ərazimizdə qalan separatçı cinayətkarlar, onlara məxsus nələr varsa, hamısı məhv ediləcəklər və ərazimiz o separatçılardan, terrorçulardan, düşmənlərdən təmizlənəcək. İşğaldan azad etdiyimiz digər ərazilərimiz kimi Xankəndidə də, Xocalıda da, Xocavəndə də bizim qanunlar daxilində həmin iqtisadi rayonlar mövcud olacaqlar. Biz bunu yaxın vaxtlarda gözləyirik”.