Rusiyada Ermənistan-Azərbaycan sərhədindəki mübahisəyə dair AÇIQLAMA

“Rusiya, iki ölkə arasındakı ziddiyyəti ən qısa müddətdə həll etmək üçün Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası ilə əlaqədar işlərin başlamasına və sonra demarkasiyasına məsləhətçi köməyi göstərməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.zaxarovanın sözlərinə görə, hazırda srhəddəki gərginliyin azaldılması məqsədi ilə xarici siyasət və müdafiə idarələri, həmçinin sərhəd xidmətləri vasitəsilə birgə məsləhətləşmələr davam edir.

Diplomatın sözlərinə görə, Rusiya Federasiyası iki ölkənin sərhədində yaranmış vəziyyətin birbaşa Qarabağ məsələsilə əlaqəli olduğuna inanmır:

“Biz hesab edirik ki, Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdəki mübahisəli vəziyyət Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə birbaşa əlaqəli deyil. Bu, sərhədlərin beynəlxalq hüquq çərçivəsində məüəyyənləşdirilməməsinin nəticəsidir. Əlbəttə, ümumi fon, tərəflərin qarşılıqlı etimadsızlığını daha da artırır”, – Zaxarova deyib.