Çin şirkətləri Qarabağdakı bərpa-quruculuq işlərində fəal iştirak edirlər – SƏFİR

  • By admin
  • 09 İyul 2021 21:25

Azərbaycan ilə Çin arasında dostluq münasibətləri mövcuddur. Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər.

Gununsesi.info xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.

Azərbaycanın çox gözəl və əsrarəngiz ölkə olduğunu vurğulayan səfir deyib ki, Qarabağa, Şuşaya səfərdən çox məmnundur.

“Mən çox heyrətləndim. Qısa müddətdə bu qədər nəhəng işlər görülüb. Təəssüratlarım çox zəngindir”, – deyə Qo Min qeyd edib.

Gununsesi.info