TƏBİB-dən Qurban bayramı ilə bağlı ÇAĞIRIŞ

Qurban bayramı ilə bağlı vətəndaşları diqqətli olmağa çağırırırq. 

Gununsesi.info xəbər verir ki, bu çağırışı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva səyahət zamanı sağlamlıqla bağlı sualları cavablandırarkən edib.

Y.Qarayeva deyib ki, hər il Qurban bayramı ərəfəsində zəvvarlarımız Həcc ziyarətinə gedirdilər:

“Bildiyiniz kimi mənim təcrübəm var, ziyarət vaxtında işləmişəm. Orada çox ciddi qaydalar olur. Fərqli ölkələrdən gələn insanlar bir yerə toplaşır. Biz bu gün koronavirus haqqında məlumatlıyıq, amma iki il əvvəl bilmirdik. Bir çox ölkələrdən gələn insanlar tənəffüslə yoluxan xəstəlikləri daşıya bilərlər. Bir yerə eyni vaxtda çox adam toplaşdıqda bütün səthlərə toxunulur. Məsafə saxlamağın mümkün olamdığı yerlərdə mütləq maskadan istifadə edin. Həcc ziyarəti vaxtı COVID-19-dan əvvəl də insanlara maska taxmaq tövsiyə olunurdu”.

TƏBİB rəsmisi həmçinin antiseptik vasitələrdən çox istifadədən çəkinməyi tövsiyə edib:

“Həkimlər buna öyrəşsə də, adi vətəndaşlarda müxtəlif allergik reaksiyalarla müşahidə olunur. Ona görə də mümkün olduqda, əllərinizi su və sabunla yumaq yaxşıdır. Bu, mümkün olmadıqda, antiseptiklərdən istifadə edin”.

Gununsesi.info