
Ermənistanın Gümrü şəhərində Rusiya əleyhinə keçirilən aksiyada 65 nəfər saxlanılıb.
Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəsmisi Zarzand Qabrielyan məlumat verib.
102-ci Rusiya hərbi bazasının qarşısında keçirilən aksiyada polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Aksiyaçılar Rusiya əleyhinə, eləcə də KTMT-ni pisləyən şüarlar səsləndiriblər.
13:16
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının qarşısında aksiya keçirilib.
Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, polis aksiyaçıların hərbi bazaya yaxınlaşmasının qarşısını alıb.
Aksiyanın təşkilatçısının “Bever” radikal siyasi bloku olduğu deyilir. Onlar paytaxt İrəvandan Gümrüyə gələrək Laçın dəhlizindəki vəziyyətlə bağlı Rusiyaya etirazlarını bildiriblər.
Saxlanılan şəxslərlə bağlı məlumat yoxdur.
Gununsesi.info