
90-cı illərdə Müdafiə Nazirliyinin Mətbuat xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında zabit kimi xidmət keçmiş Ədalət Teymurlu vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə mərhumun keçmiş iş yoldaşı, hərbi ekspert Üzeyir Cəfərov bildirib.
“Dekabrın 23-də Ədalət Teymurlu oğlu Teymura günün birinci yarısında nişan məclisi düzənləmişdi və yaxın vaxtlarda evinə gəlin gətirməyə hazırlaşırdı….
Ədalət bəyi şəxsən tanıyan dostlar adından ailəsinə və yaxınlarına, doğma və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Ruhu şad, məkanı cənnət olsun!”,- Ü.Cəfərov deyib.
Allah rəhmət eləsin.
Gununsesi.info