Göz yaşlarına hakim ola bilməyib mahnını yarıda kəsdi

  • By ilhame
  • 24 Dekabr 2023 10:34

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səhnədə “Annem Annem” mahnısını ifa edən zaman qəfildən göz yaşlarına boğulub.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, anası Faike Başkacirin alzheimer xəstəliyi ilə mübarizə apardığını bildirən Kırmızıgül, kədərini belə dilə gətirib:

“Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Anam alzheimer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki!”.

Anasının onu xatırlamadığını və bunun çox ağrılı olduğunu izah edən Kırmızıgül mahnısını yarımçıq kəsib. Tamaşaçılardan üzr istəyən müğənni daha sonra qaldığı yerdən davam etməyə çalışıb.

Gununsesi.info