Gürcüstan hava ilə əlaqədar Ermənistan və Türkiyə istiqamətində yolları ağır yük maşınları üçün bağlayıb

  • By ilhame
  • 24 Dekabr 2023 10:42

İntensiv qarla əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Intensiv qar və buz bağlaması ilə əlaqədar Xaşuri – Axaltsixe – Vale (Türkiyə ilə sərhəd – red.) və Axaltsixe – Ninotsminda (Ermənistanla sərhəd – red.) beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda deyilir.

Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox sərnişin olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə hərəkətinə icazə verilib.

Gununsesi.info