Konqresin Nümayəndələr Palatasının keçmiş sədri seçkidə Trampı dəstəkləyəcək

  • By ilhame
  • 17 Dekabr 2023 16:34

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti 2024-cü il seçkilərində eks-prezident Donald Trampı dəstəkləmək niyyətində olduğunu açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Makkarti Fox News-a müsahibəsində deyib.

 

“İşdə olsam da, olmasam da kömək edəcəm. İstəyirəm ki, ölkə uğurlu olsun. Mən keçmiş prezidentə daim deyirəm ki, söhbət ölkəmizin yeniləşməsindən, yenidən qurulmasından, bərpasından gedir”,- deyə o bildirib.

 

Gununsesi.info