
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda xidməti mikroavtobus minik avtomobili ilə toqquşub.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ölkənin ən böyük şəhərinin mərkəzində baş vermiş ağır yol-nəqliyyat hadisəsində üçü avtomobildə, altısı mikroavtobusda olmaqla ümumilikdə doqquz nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info