
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”in heyətinə daxil olan Kriştiano Ronaldonun qaldığı otelə verdiyi pul hər kəsi şoka salıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir. Məlumata görə, “Əl-Nəsr” lə müqavilə imzalayan Cristiano Ronaldonun Səudiyyə Ərəbistanının ər-Riyad şəhərindəki bir oteldə yaşadığı bildirilir. Portuqaliyalı ulduzun otelin iki mərtəbəsini və ümumilikdə 17 otağı icarəyə götürdüyü məlum olub.
“Əl Nassr”la müqavilə imzalayan Kriştiano Ronaldonun ailəsi ilə birlikdə Ər-Riyadda bir oteldə qaldığı bildirilib. Portuqaliyalı ulduzun ailəsi və mühafizəçiləri üçün otelin iki mərtəbəsində bir ay ərzində 17 250 min funt-sterlinqdən baha başa gələcəyi deyilir.
Qeyd edək ki, 37 yaşlı futbolçunun yeni komandada illik 200 milyon avro qazanacağı iddia edilir. Bu müqavilə ilə Ronaldo ən çox maaş alan idmançı olub.
Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info