Mübariz Mənsimov ev dustaqlığından azad olundu

“Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.

Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva Gununsesi.info-ya məlumat verib.

Qeyd edək ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Gununsesi.info