
Türkiyəli futbol hakimi Cüneyt Çakır Avropa çempionatının tarixinə düşüb.
Gununsesi.info xəbər verir ki, Cüneyt Çakır Xorvatiya – İspaniya qarşılaşmasında fit çalmaqla Avropa çempionatları tarixində ən çox oyun idarə edən hakim olub.
Qeyd edək ki, Cüneyt Çakır ümumilikdə AVRO-2012, AVRO-2016, AVRO-2020-də 9 oyunu idarə edib.
Əlavə edək ki, Cüneyt Çakır AVRO- 2012-dəki İspanya-İtaliya final və AVRO 2020-dəki İngiltərə-Şotlandiya qrup matçının da dördüncü hakimi olaraq xidmət edib.