İbrahim İbrahimli vəfat edib

  • By admin
  • 16 İyun 2021 09:18

Azərbaycan Xalq Hərəkatının öncüllərindən biri, istiqlalçı millət vəkili, İbrahim İbrahimli dünyasını dəyişib.
Bu barədə Gununsesi.info-ya İbrahim bəyin ailə üzvləri bildirib.

Məlumata görə, bir neçə ay əvvəl səhhətində ciddi problem yaranan İbrahim İbrahimli müalicəyə başlamışdı.

Əslən Naxçıvandan olan İbrahim İbrahimli Azərbaycan siyasətində önəmli simalardan biri olub.

Allah rəhmət eləsin!

 

Gununsesi.info