Harada insan varsa, orada problem çox olur -Deputat

Satınalmalarda əsas məqsəd şəffaflıqdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

HTML tutorial

“Düşünürəm ki, bu sahədə daha da elektronlaşmaya getməliyik. İnsan amili harada varsa, orada problem kifayət qədərdir. Hətta Hesablama Palatasının rəyində həmişə satınalma birinci yerdə gedir. Belə hesab olunur ki, ən çox problem satınalmadadır. Məsələn, bu gün satınalmada 5 şirkət iştirak edir və biri udursa, konvertlər açılır. Bundan sonra udan şirkət işi başqa şirkətlərə verir. konvert açılan kimi sistemə işlənməlidir. Ona görə də burada islahatlara getmək lazımıdır”,- deyə deputat vurğulayıb.

Gununsesi.info