
Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən, Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Əhmədov Nizami Cabbar oğlu ev dustaqlığında buraxılması üçün məhkəməyə müraciət edib.
Bu barədə Gununsesi.info-ya onun oğlu Əli Əhmədov bildirib. Onun sözlərinə görə, qanunsuz həbs edilən atasının durumu ağırdır:”Səhhətində ciddi problem var. Qapalı, havasız şərait Onun durumunu da daha da pisləşdirir. Bu həbs qanunsuzdur. Atamı şərləyiblər, ona görə də Şəmkir Məhkəməsi Onun haqqında verilən bu vəsatəti dərhal təmin etməlidir”.
Qeyd edək ki, Şəmkirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nizami Əhmədov deputat Fazil Mustafaya sui-qəsd cinayətindən sonra ölkədə həyata keçirilən dindarların həbsi dalğasında tutulub. İş adamı narkotik ittihamı ilə şərləndiyini deyir.
Mais
Gununsesi.info