İziumun cənubunda şiddətli döyüşlər gedir

“Rusiya qüvvələri Ukraynada şimal və şərq istiqamətlərindən Sloviansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, Kreminna şəhəri, demək olar ki, çöküb. İziumun cənubunda şiddətli döyüşlər gedir. “Ukrayna qüvvələri Rusiyanın cənubdan potensial hücumuna hazırlaşmaq üçün Zaporojjyada müdafiə vasitələri hazırlayır. Böyük Britaniya və beynəlxalq tərəfdaşlarımız Ukraynanı dəstəkləməyə davam edir. Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir və Rusiya və Belarusa qarşı əlavə sanksiyalar tətbiq edir”.

Gununsesi.info