
İkinci Qarabağ savaşında ağır yaralanaraq Türkiyədə müalicə olunan qazilərin müalicəsi yarımçıq saxlanılır.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə həmib qazilərin yaxınları bildirib.
Onların sözlərinə görə, “YAŞAT” Fondu artıq onların müalicəsinin davamı üçün tələb olunan vəsaiti aidiyyatı klinikalara köçürmür.
Məsələ ilə bağlı həmin qazilərin yaxınları bu gün “YAŞAT” Fondunun qarşısında toplaşaraq, tələblər irəli sürüblər.
Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib.
Onlardan 129-u sağalaraq Vətənə qayıdıb. 38 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir.
Hazırda Türkiyə Respublikasında müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib.
Günay Təhməzova
Gununsesi.info