
Rusiya Prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib. Bu barədə Moldovanın Baş naziri Dorin Reçan bəyan edib.
Gununsesi.info xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Moldovada Rusiya vətəndaşlarının “qara siyahı”sı var, ancaq bəzi məmurlar onların bu siyahıya daxil edildiyini yalnız ölkəyə girmək istəyəndə öyrənirlər.
“Biz müharibəni təbliğ edən və savaş toxumu əkənlərin hamısının ağzını yumacağıq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin həbsinə orderverib. Rusiya prezidenti hərbi cinayətdə – Ukraynaya hərbi müdaxilə zamanı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham olunur.
Gununsesi.info