Sülhməramlıların yeni komandanı regiona gəlib

Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona səfər edib.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lentsov Ermənistanda ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.

HTML tutorial

Tərəflər görüş zamanı rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı vəziyyətini müzakirə ediblər.

Xatırladaq ki, A.Lentsov aprelin 26-sı Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. O bu vəzifədə Andrey Volkovu əvəz edib. Lentsov yeni vəzifəsindən əvvəl Rusiya müdafiə nazirinin müşaviri olub.

 

Gununsesi.info