Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini vəzifəsinə təyinatı ilə bağlı qərarın gecikməsinə münasibət bildirib.
Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə ölkənin “Ukraina 24” kanalında, tanınmış jurnalist Yevgeni Kiselyovun suallarına cavab verərkən danışıb.
Keçmiş prezident-qubernator namizədliyinin təsdiq olunmaıs üçün Ali Radada müvafiq səs alacağına inandığını söyləyib.
“Mənim prezident partiyasının deputatları ilə maraqlı görüşüm oldu. Hesab edirəm ki, namizədliyimin təsdiqinə səs verəcəklər. Bu məsələdə olduqca nikbinəm. Sadəcə, görüşə hakim “Xalqın xidmətçisi” fraksiyasının bütün üzvləri səfərbər edilməmişdilər. Bu, məşhur “Gəmidən düşüb, ziyafətə gəlmək” deyimi kimi, hər kəs üçün gözlənilməz oldu”, – deyə Mixail Saakaşvili bildirib.
Gürcü siyasətçi prezident Vladimir Zelenskinin tərəfdarlarının parlament seçkilərində qalib gəlməsi üçün çalışdığını qeyd edib.
“2019-cu il seçkilərində mən rəhbərlik etdiyim “Yeni qüvvələrin hərəkatı” Partiyasının “Xalqın xidmətçisi”ndən 2-3% səs qoparacağını, lakin bununla bərabər parlamentə keçə bilməyəcəyini gördüm. Bu səbəbdən minlərlə ukraynalını məhz prezidentin partiyasına səs verməyə çağırdım, bununla da hakim siyasi qüvvənin qələbəsinə passiv də olsa töhfəmi verdim”, – deyə o vurğulayıb.
Gununsesi.org
COMMENTS