İsraildən Bəşər Əsədə videogörüntülü sərt xəbərdarlıq: “Buna imkan verməyəcəyik…”

İsraildən Bəşər Əsədə videogörüntülü sərt xəbərdarlıq: “Buna imkan verməyəcəyik…”

İsrail ordusunun mətbuat xidməti Bəşər Əsədin ordusuna bağlı hərbi birləşmənin komandiri general Əli Əhməd əl-Əsədin Suriya ərazisində Hozbullaha aid bir qərargahı ziyarət etdiyini açıqlayıb. 
Gununsesi.org İsrail mətbuatına istinadla xəbər verir ki, nə vaxt və harada çəkildiyi barədə məlumat verilməyən videogörüntüdə rejimə aid çoxli hərbçilər görünür.
Bu məlumatı dünya ictimaiyyətinə təqdim edən  İsrail ordusunin açıqlamasında deyilir:
“Sizi görürük. Bunu  bir xəbərdarlıq kimi qəbul edin. Hizbullahın bir əsgərinin belə Suriyada yerləşməsinə imkan verməyəcəyik”.
Xatırladaq ki, İsrail Suriyada İrana və Hizbullaha aid olduğunu söylədiyi hədəflərə tez-tez hücum edir.
Gununsesi.org

COMMENTS