Notr-Damda koronavirusa görə yarımçıq qalmış iş bərpa olunur

Notr-Damda koronavirusa görə yarımçıq qalmış iş bərpa olunur

Ay yarımlıq fasilədən sonra Paris Notr-Dam kilsəsində yenidən bərpa işlərinə başlanıb.


Gununsesi.org
xəbər verir ki, aprelin 27-də bərpaçıların bir qismi – 50 nəfəri kilsədəki tikinti meydançasına dönüb. Tezliklə işçilərin sayının 170 nəfərə çatacağı bildirilir. 

Xatırladaq ki, Parisin mədəniyyət tarixinin siması hesab olunan, XII əsrə aid Notr-Dam kilsəsində 2019-cu ilin aprelində yanğın baş verib. Bir müddət sonra fransız bəpaçı-arxitektorlar yanğın zamanı böyük zərər çəkmiş kilsədə bərpa işlərinə başlayıblar. Bu işlər koronavirusa görə yarımçıq qalmışdı. Araya düşən fasiləyə baxmayaraq Notr-Dam kilsəsinin bərpasını 2024-cü ilədək tamamlamaq nəzərdə tutulur.

Gununsesi.org

COMMENTS