İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.
Gununsesi.org xəbər verir ki, London təmsilçisi sosial məsafə qaydalarına riayət etmək şərtilə futbolçularını bir araya gətirib.
İngiltərə mətbuatının yazdığına görə, komandanın bu gün baş tutan məşqinə qatılanlar arasında fransalı hücumçu Aleksandr Lakazette, braziliyalı müdafiəçi David Luis və isveçrəli yarımmüdafiəçi Qranit Caka da olub. Onlar London təmsilçisinin bazasında hazırlıq keçiblər. Futbolçuların hələlik fərdi şəkildə məşq etdiyi bildirilir.
Qeyd edək ki, Premyer Liqada oyunlar ən azı iyunun 8-nə qədər təxirə salınıb.
Gununsesi.org
COMMENTS