
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu ilin aprel ayında Türkiyəyə səfər edəcək.
Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə, o, Qahirədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərdə yeni dövr başlayır, Misir Türkiyə ilə bütün sahələrdə əlaqələrini dərinləşdirmək niyyətindədir.
Əs-Sisi, həmçinin Qəzzada baş verənlərə toxunaraq, 1967-ci ildəki sərhədlər çərçivəsində müstəqil Fələstin dövlətinin qurulmasının lazım olduğunu vurğulayıb.
Gununsesi.info