Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

  • By ilhame
  • 14 Fevral 2024 19:35

Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Gununsesi.info-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

“Masallı 1” və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və “Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1” və “Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Gununsesi.info