Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib

  • By ilhame
  • 14 Fevral 2024 19:21

İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən çox fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.

 

Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Gununsesi.info