Gürcüstanda təyyarə təcili eniş etdi – Partlayıcı maddə həyəcanı

Macarıstanın “Wizz Air” aviaşirkətinin Gürcüstanın Kutaisidən Barselonaya uçan təyyarəsi göyərtəsində partlayıcı maddələrin olması ilə bağlı xəbərlərə görə geri qaytarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Exo Kafkaza” portalı məlumat yayıb.

Məlumata görə, havaya qalxdıqdan az sonra ekipaj təyyarənin Kutaisiyə qayıtmağa məcbur olduğunu açıqlayıb.

Aeroportun mətbuat xidməti bildirib ki, səbəb təyyarədə partlayıcı maddələrin yerləşdirildiyi barədə aviaşirkətə daxil olan xəbərdir. Bu məlumatı alandan sonra təyyarə heyəti Kutaisiyə eniş etmək qərarına gəlib.

Sərnişinlər arasında “Azadlıq” radiosunun gürcü xidmətinin jurnalistlərindən biri də olub. Onun sözlərinə görə, eniş etdikdən sonra stüardlar onlardan baqajlarını özləri ilə aparmağa icazə vermədən dərhal tərk etmələrini istəyiblər.

Təyyarə yoxlanılır.

Gununsesi.info