Minlərlə işçi mədəndə həbs edildi

Xəbər verdiyimiz kimi, Cənubi Afrika Respublikasında qeyri-qanuni mədən fəaliyyətinin aparıldığı mədən polis tərəfindən bağlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, polis əsas ləvazimatların mədənə daxil olmasına icazə vermir.

İçəridə təxminən 4 min mədənçinin olduğu bildirilir.

Bildirilib ki, qanunsuz mədənçiləri xilas etmək üçün könüllülərdən ibarət axtarış-xilasetmə qrupları yaradılıb.

Polisin verdiyi açıqlamada, indiyə qədər 1173 qeyri-qanuni mədənçinin üzə çıxaraq təslim olduğu, minlərlə insanın isə təslim olmağa müqavimət göstərdiyi paylaşılıb.

Orxan Saffari

Gununsesi.info