Türkiyədə ağır yol qəzasında 7-si polis olmaqla 11 nəfər xəsarət alıb, ölən var

  • By Günel
  • 16 Noyabr 2024 08:58

Türkiyədə baş verən ağır yol qəzasında 7-si polis əməkdaşları olmaqla 11 nəfər xəsarət alıb.

Bu barədə Gununsesi.info  “Report” a istinadən xəbər verir.

Məlumata görə, hadisə Konyada qeydə alınıb. Polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində daha 1 nəfər hadisə yerində ölüb.

Qəzanın baş verdiyi əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Gununsesi.info