Türkiyədə yenə zəlzələ baş verdi

  • By Günel
  • 15 Noyabr 2024 22:27

Türkiyənin Malatya vilayətinin Doğanşehir ilçəsində 3,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 7,08 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Gununsesi.info