Məbədin binasında soyadını cızdığına görə həbs olundu

Tokioda Stiv Li Heyz adlı 65 yaşlı amerikalı Meiji-Jingu Şinto məbədindəki taxta sütunda soyadını dırnaqları ilə cızdığına görə həbs edilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə The Japan Times məlumat yayıb.

Hadisə noyabrın 13-də baş verib. Nəşrin məlumatına görə, 65 yaşlı Stiv Li Heyz Tokionun ən böyük Şinto ziyarətgahının taxta qapısına ziyan vurmaqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bildirilir ki, o ziyarətgahın qapısında qohumlarının adlarını cızıb.

Onun şəxsiyyəti təhlükəsizlik kameralarından qeydə alınıb.

Müəyyən edilib ki, kişi ölkənin görməli yerlərini gəzmək üçün həftənin əvvəlində qohumları ilə birlikdə Yaponiyaya uçub.

 

Gununsesi.info