
Ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) iki Azərbaycan jurnalistinin Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmasını “lazımsız faciə” adlandırıb.
Bu barədə təşkilatdan Gununsesi.info-nun elektron ünvanına göndərilən açıqlamada deyilir.
Açıqlamada Ermənistan hakimiyyətindən mina xəritələrini mətbuat nümayəndələri ilə paylaşmaq da tələb olunub: “Bu xəritələr jurnalistlərə paylanmalıdır ki, başqa jurnalistlər də münaqişənin qurbanı olmasın. Biz bu bölgədəki bütün tərəfləri jurnalistlərin fəaliyyətlərini həyata keçirərkən təhlükəsizliklərini təmin etməyə çağırırq”.
Gununsesi.info