Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

  • By admin
  • 05 İyun 2021 20:24

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 558-ə çatıb.

Gununsesi.info