Eldar Həsənovun istintaqı başa çatdı

Hazırda həbsdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, keçmiş prokuror Eldar Həsənovun cinayət işi üzrə istintaqı başa çatıb.

Bu barədə Gununsesi.info-ya sabiq səfirin vəkilləri bildirib.

Onların sözlərinə görə, cinayət işinin materialları tanış olmaq üçün vəkillərə təqdim olunub bir neçə gün sonra cinayət işinin materialları məhkəməyə təqdim olunacaq.