Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

  • By admin
  • 06 İyun 2021 12:42

Ukrayna Prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.

Gununsesi.info yerli KİV-ə istinadən bildirir ki, Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

“Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım… Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur”, – deyə Zelenski İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna lideri bir il bundan əvvəl də oxşar görüş keçirmişdi. Prezident və media işçiləri birgə velosiped sürmüşdülər.

Gununsesi.info