ABŞ SXM-8 peykini orbitə çıxardı

  • By admin
  • 06 İyun 2021 12:12

Amerikanın SpaceX şirkəti, SiriusXM radio şirkəti üçün SXM-8 rabitə peyki olan Falcon 9 raket vasitəsini kosmosa buraxıb.

Gununsesi.info bildirir ki, bu barədə şirkətin Twitter səhifəsində məlumat verilib.

Peykin uğurla orbitə çıxarıldığı bildirilir.

Floridada ştatında Kanaveral adlanan kosmodromdan raketin uçuşu ABŞ vaxtilə saat 00.26-da baş verib. 31 dəqiqədən sonra peyk orbitə çıxarılıb.

Gununsesi.info