Bakıda “Formula-2”nin əsas yarışı başlayıb

Bakıda təşkil olunan “Formula-2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Gununsesi.info xəbər verir ki, 29 dövrədən ibarət mübarizə saat 11:25-də start götürüb.

HTML tutorial

Sıralama turunda “Prema Racing”in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olmuşdu.

Qeyd edək ki, “Formula-1”də əsas yarış saat 15:00-da başlayacaq.

Gununsesi.info