Millimiz Ermənistana qalib gəlib

  • By ilhame
  • 08 İyun 2024 13:00

Bu gün Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.

Gununsesi.info xəbər verir ki, açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21-9 hesablı parlaq qələbə qazanıb.

 

“B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq.

Gununsesi.info