
“Qarabağ”ın U-14 komandası Antalyada keçirilən “Junior World Cup”a qatılıb.
Gununsesi.info -nun verdiyi xəbərə görə , Ağdam klubu turnirdə yerli “Özerspor”la qarşılaşıb.
Oyunda 0:2 hesabı ilə uduzan ağdamlılar sonradan geridönüş ediblər.
Komanda 81, 86 və 90+2-ci dəqiqədə fərqlənərək qələbə qazanıb. Komandanın üzvü Arda Əzizli matçın 90+2-ci dəqiqəsində gözəl qol vuraraq komandasına qalibiyyəti gətirib.