Milli Qəhrəmanın deputat xanımını o əvəzləyəcək

Milli Qəhrəmanın deputat xanımını o əvəzləyəcək

Xankəndindən olan deputat Flora Qasımova növbədənkənar parlament seçkilərinə qatılmayacağını bəyan edib.

Gununsesi.org bildirir ki, deputat qərarının qəti olduğunundeyib:” Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir: “Daha parlament seçkiləruində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”.

Qeyd edək ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır. Bu arada Gununsesi.org- a Xankəndini Milli Məclisdə təmsil edəcək deputatın kimliyi bəlli olub. Belə ki, hakim Yeni Azərbaycan Partiyası Xankəndi dairəsindən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin namizədliyini irəli sürəcək.

 

Gununsesi.org

COMMENTS