Çinin şimal-şərqindəki Cilin vilayətində avtobusun yoldan çıxaraq Tonxua çayına düşməsi nəticəsində 4 nəfər ölüb, 30-dan çox sərnişin yaralanıb.
Gununsesi.org yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, səhər saatlarında baş verən qəza zamanı avtobusda ümumilikdə 39 nəfər olub. Xilasedicilər 4 nəfərin cəsədini tapıblar. Qəza nəticəsində müxtəlif dərəcədə bədən xəsarəti alan digər şəxslər xəstəxanalara yerləşdirilib.
Gununsesi.org
COMMENTS