Bir neçə gün öncə kabinetində rüşvət alarkən həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevlə bağlı araşdırmalar davam edir.
Gununsesi.org JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bir neçə maddə ilə ittiham olunan və dünən barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilən keçmiş başçının evində və ona məxsus olduğu bilinən obyektlərində axtarış aparılıb.
Məlumatda deyilir ki, təkcə, Goranboy rayonunda Nizaməddin Quliyevin 32 obyekt və mülki üzə çıxıb. Onların hamısında axtarış aparıldığı deyilir. Bundan başqa, ona, oğlanlarına və yaxın adamlarının adına olan obyektlər də nəzarətə götürülüb. Belə ki, Bakı və Gəncə şəhərlərində sabiq icra başçısına məxsus çoxlu sayda mənzil, torpaq sahəsi və müxtəlif obyektləri olduğu vurğulanır.
Gununsesi.org
COMMENTS