Kubada 43 ildən sonra Baş nazir seçildi

Kubada 43 ildən sonra Baş nazir seçildi

Kuba Parlamenti üzvləri hazırkı Turizm naziri Manuel Marrero Kruzu Baş nazir seçiblər.

Gununsesi.org-un “Press Latina”-ya istinadən verdiyi xəbərə görə, aprel ayında Konstitusiyaya edilən dəyişikliklərdən sonra namizəd kimi göstərilən Merrero hazırkı seçkilərdən sonra 5 illik Baş nazir olacaq.

56 yaşlı Marrero turizm sahəsində böyük işlərə imza atıb.

Kubada 1976-cı ildə Fidel Kastro dövründə Konstitusiya dəyişikliyi edilmiş və Baş nazir vəzifələri Kuba Dövlət Şurası və Nazirlər Heyəti Sədrinə tapşırılmışdı. Bu o deməkdir ki, Kubada 43 ildən sonra ilk dəfə Baş nazir vəzifəsi bərpa edilib.

 

Gununsesi.org

COMMENTS