Hazırda 5-ci çağırış Milli Məclisin (MM) üzvü olan deputatlardan daha ikisi 6-cı çağırış parlament seçkilərinə qatılacaq.
Gununsesi.org-un Etikxeber.az-a istinadən məlumatına görə, son 3 çağırış MM-in üzvü olan sabiq “mütəllibovçu”-Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor, 2000-ci ildən parlamentdə təmsil olunan Fəzail İbrahimli yenidən şanslarını sınayacaqlar.
S. Hacıyev deputatı olduğu 88 saylı Göyçay seçki dairəsindən, F. İbrahimli isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliklərini verəcəklər.
Eyni zamanda qeyd edək ki, F. İbrahimlinin təmsilçisi olduğu VHP-dən sədr, Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı və akademik, tanınmış ziyalı, parlamentin komitə sədri Rafael Hüseynovun da yenidən namizədliklərini irəli sürəcəkləri gözlənilir.
Gununsesi.org
COMMENTS